Yuxarı

Ən çox maaş verən iş yerləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox maaş verən iş yerləri - Foto

2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqlarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.

Dövlət müəssisələrində əmək haqqı ötən ayla müqayisədə 0,8 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 3,2 faiz artsa da, illik müqayisədə 5,5 faiz azalıb.

Azərbaycanda neft-qaz sektorunda əmək haqqı 3 209 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,1 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əmək haqqı 670,6 manatı təşkil edib, bu da aylıq müqayisədə 1,5 faiz, illik müqayisədə isə 0,1 faiz çoxdur.

May ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Tarix
2021.06.21 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla