Yuxarı

Bu, xalqın xeyrinədir, ya ziyanına? - görəcəyik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, xalqın xeyrinədir, ya ziyanına? - görəcəyik

Müzakirənin uzanmasının bir səbəbi var: sosial məsələ. İnsanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu praktikada özünü göstərəcək və onda görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına. Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı deyib.

O bildirib ki, elə rayon var, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir:

“Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”.

Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır:

“Qiymətləndirmə sağlamlıq haqqında ola bilər. Burada əlilliyin müəyyən edilməsindən söhbət gedə bilər”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdan keçib.

Tarix
2021.06.22 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla