Yuxarı

Ölkədə ilk: Bu gənc müəllimə valideynlərə dərs keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az gənc müəllimə, təhsil almaqdan məhrum olan xanımlara dərs keçən Aynur İbrahimova ilə müsahibəni təqdim edir:

- Necə oldu bu layihəyə başladınız?

- 8 ildir ki, hər gün Göyçaydan Ucarın Təzə Şilyan kəndinə 80 km məsafə qət edib Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. "Oxumaq heç vaxt gec deyil" layihəsi mənim həyatımda bu günədək ən vacib qərarlarımdan, layihələrimdən biri oldu. Öncə uşaq evindəki uşaqlarla başladığım bu missiya indi şagirdlərimin ailələri ilə, təhsildən kənar qalmış analarla, nənə olmuş xanımlarla davam edəcək.

- Bəs bunu təklif edəndə valideynlərin reaksiyası necə oldu?

- Onların da təhsil almaq istəyi olub. Ancaq maddi imkansızlıqdan, valideyn müdaxiləsindən, erkən nikaha cəlb olunma və s. səbəbdən bu arzuları reallaşmayıb. İndi isə bir çox xanım bu layihəyə qoşulub.

- Ödəniş qarşılığında bu təhsili verirsiniz?

- Xeyr. Onlar müxtəlif fənlər üzrə ödənişsiz təşkil olunan hazırlıqlara qoşulub arzusunda olduqları ali məktəb, kollec və texnikumlarda təhsil ala biləcəklər.

- Yəqin ki, bu işə komanda şəklində başlamısınız...

- Mən bir neçə həmkarıma könüllü olaraq bu layihəyə qoşulmağı və ödənişsiz şəkildə belə valideynləri hazırlamağı təklif etdim. Hazırda 3 fənn üzrə hazırlıqlar təşkil olunur. Valideynlərin seçdikləri ixtisas qruplarına əsasən, avqust ayında fənn sayı artırılacaq.

- Məhdud çərçivədə, yoxsa başqa kəndlərdə də davam etməyi düşünürsünüz?

- Öncə ancaq işlədiyim kənddəki xanımları nəzərdə tutmuşdum. İstəyirdim kənddə savadsız ana qalmasın. Bəzi şagirdlərim tək anası ilə yaşayırdı. Düşünürdüm ki, bu cür analar təhsil alsa, peşə sahibi olsa, övladlarını təkbaşına böyütməkdə çətinlik çəkməyəcəklər. Bundan əlavə, həmişə təhsil almaq arzusu ilə yaşayan digər qadınlar da bu layihədən faydalanarlar. Lakin bu təşəbbüs o qədər maraq doğurdu ki, işlədiyim rayonun hər yerindən müraciətlər var. Hətta digər rayonlardan da. İlk olaraq dərslərimizi əyani şəkildə işlədiyim kənddə başladıq. Digər yerlərdən müraciət edən valideynlərlə dərslərimizi onlayn şəkildə qururuq.

- Yaş məhdudiyyəti varmı?

- Təhsil almaq istəyən valideynlər sırasında nənələr, analar və nişanlı qızlarımız da var. Dərslərimizə qoşulanlar sırasında əsgər anaları, nəvə sahibləri, hətta Kürdəmirdən qayınatası gətirən, ailəsi dəstək olan, əyani dərslərə qoşulan xanımlar-valideynlər də var. Bu layihə ölkədə ilk təşəbbüsdür. Məqsəd artıq təhsildən nikaha gedən yox, ər evindən, ailədən təhsilə addım atan xanımların çox olması, savadlı olması, ailələrinə, övladlarına dəstək olmasıdır. Sağlam, güclü övlad ancaq özünə inanan, güclü və iradəli anaların sevgisiylə böyüyə bilər! Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, "Bir kişi təhsil alırsa, bu yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Bu xanımlara şərait yaradan atalara, həyat yoldaşlarına təşəkkür edirəm!

- Maddi dəstəksiz çətin deyilmi?

- Yay tətilini də həmin kəndə gedib, hazırlığımıza davam edəcəyik. Yaxın günlərdə ölkənin hər bölgəsindən valideynləri onlayn şəkildə dərslərə cəlb etməyi düşünürəm. Hər biri öz hesabımızadır. Kənardan maddi dəstəyimiz yoxdur. Dəstək olarsa, layihəni daha da böyüdərik.

Tarix
2021.06.22 / 23:16
Müəllif
Ruzbeh Məmməd
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla