Yuxarı

ÜGT-nin 138-ci sessiyası öz işinə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜGT-nin 138-ci sessiyası öz işinə başladı

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, onlayn formatda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov təmsil edir.

Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı təqdim edib.

Üç gün davam edəcək sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələrin aparılması, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Tarix
2021.06.24 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla