Yuxarı

Sayğac oyunu bitsin, itki aradan qalxsın - Deputatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, sənəd barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

O xatırladıb ki, layihə iyunun 22-də parlamentdə birinci oxunuşdan keçib və bəzi təkliflər olunub.

Qeyd edək ki, sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Sənəddə qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.

Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.

Ağıllı sayğac - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.

Deputat Vahid Əhmədov deyib ki, qanunun qəbulu Azərbaycan iqtisadiyyatına, enerji sektoruna və enerjinin qənaət edilməsinə töhfə verəcək. Bununla belə deputat qanun layihəsinin birinci oxunuşu zamanı ağıllı sayğaclarla bağlı məsələ qaldırdığını xatırladıb və bildirib ki, bu suala daha yaxşı olardı ki, müvafiq qurumların mütəxəssisi ətraflı cavab versin.

Deputat Fazil Mustafa deyib ki, qanunun qəbulu ən azı niyyət və təbliğat baxımından faydalıdır: “Ancaq qanunun kimə ünvanlandığı mənim üçün də aydın deyil. Tez-tez sayğac oyunlarının, enerji itkilərinin qarşısını necə alacaq? Bu səmərəliliyi kimdən tələb edirik, vətəndaşdan? Bu kapitalizm quruluşudur. Vətəndaş istədiyi kimi istifadə edəcək və pulunu ödəyəcək. Qanuna görə, ayrıca orqan buna nəzarət edəcək. Ancaq səmərəliliyi kimdən tələb edəcək? Dövlət istehlakçıya istədiyi qədər enerji ilə təmin etməlidir.

Biz alternativ enerjisini təmin edə bilmədik. Qobustan istiqamətndə bunu quraşdırdıq. Amma aşağıda generatorları söndürdük və səmərəsi yoxdur. Eləcə də günəş enerjisi ilə bağlı.

Bizdə istehlak mədəniyyəti də aşağı olduğundan xeyrimizə olan qənaəti nəzərə almırıq. Əksinə, daha çox istifadə etməyə çalışırıq”.

Deputat Vüqar Bayramov isə bildirib ki, belə bir qanunun qəbulu və icrası əhəmiyyətlidir. Qanunun 2.1.8 maddəsinə toxunan deputat təklif edib ki, fiziki şəxslərlə yanaşı hüquqi şəxslər də enerji auditi aparılması yaxşı olardı.

Bayramov eyni zamanda təklif edib ki, qanunda ağıllı sayğacların istifadə edilməsi nəzərdə tutulsa da, onun parametrləri haqqında dəqiq məlumatlar verilsin.

Deputat Aydın Hüseynov təklif edib ki, ağıllı sayğacların dəyişdirilməsini ayrıca qurum həyata keçirsin. O hesab edib ki, bu addım təchizatçı ilə istehlakçı arasında problemləri asanlıqla həll etmiş olar.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, deputatların qaldırdığı məsələləri qanunun subyekti ilə məsləhətləşdikdən sonra cavablandırmaq mümkün olacaq. Komitə sədri əlavə edib ki, rnergetika haqqında qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq: “Həmin qanunda bu layihədə görmək istədiyimiz, amma nəzərə almadığımız məqamlar olacaq”.

Tarix
2021.06.25 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla