Yuxarı

ADU-da magistr qəbulu əvvəlki göstəriciləri üstələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-2022-ci tədris ilində Azərbaycan Dillər Universitetində (ADU) magistr səviyyəsi üzrə qəbul 88,7% təşkil edib.

Bu barədə Axar.az-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. ADU-nun magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayevanın hesabatına əsasən, bu göstərici 2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2% olub:

“Bu ilin nəticələri bizə onu deməyə əsas verir ki, ADU kollektivi pandemiya şəraitində təlim fəaliyyətini mükəmməl təşkil edib, təlimə olan motivasiyanı qoruyub saxlamağa nail olub. Professor-müəllim heyəti işinin öhdəsindən mükəmməl şəkildə gəlib. Magistr adı qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq”, - deyə, şöbə müdiri bildirib.

F.Rzayeva əlavə edib ki, ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atılıb. Belə ki, hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilib. Həmçinin, bu tədris ilində də bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100% təşkil edib:

“Bir neçə il idi, bəzi ixtisaslara maraq demək olar, yox idi. Yəni, tələbələr o ixtisaslara maraq göstərmirdi. Amma indi vəziyyət daha ürəkaçandır. Çünki bu tədris ilində həmin ixtisaslar üzrə qəbul faizi yüksəkdir. Bütün bunlar təqdim olunan ixtisaslar üzrə həm tədris planlarının mükəmməl tərtib edilməsi, keçirilən dərslərin keyfiyyəti, həm də professor-müəllim heyətinin peşəkar kadrların hazırlanması istiqamətində əzmlə çalışması deməkdir. Eyni zamanda həmişə olduğu kimi universitetimizdə magistr səviyyəsi üzrə əcnəbi tələbələr də təhsil almağa böyük maraq göstərirlər. Bu nəticələr bizi daha da ruhlandırır”.

Tarix
2021.07.24 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla