Yuxarı

Müavinət və təqaüdlər artırılacaq - Şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müavinət və təqaüdlər artırılacaq - Şad xəbər

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur.

"2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən 110 və 130 manat olan müavinətlərin məbləği qaldırılıb. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Müəyyən proqramlar qəbul edilir, müavinət və təqaüdlərin artırılması da planlaşdırılır".

Sədr müavini həmçinin qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olanların ailələrinə və qazilərə verilən təqaüdlərdə də artım olub:

"Belə ki, şəhid ailələrinə verilən təqaüdün miqdarı 300 manatdan 500 manata artırılıb. Əlilliyi müəyyən olunmuş şəxslərdə isə əvvəl I, II və III dərəcəli əlilliyə görə verilən 250, 230 və 210 manat təqaüdlər müvafiq olaraq 400, 350 və 300 manata artırılıb. Yaşa görə, əllilliyə və digər müavinətlərin də artırılması diqqət mərkəzindədir".

Tarix
2021.07.30 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla