Yuxarı

Məhərrəmlikdə toy edənlər xoşbəxt olmur – Hacı Surxay

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, “Mahi məhərrəm oldu, məqsədimiz haramdır”. Məhərrəm ayı gəldiysə, sevinmək belə haramdır. Nəyə görə haramdır? Bəzi insanlar deyir ki, bir ərəb ölüb, ona görə yas saxlayırıq. Bu yanlış bir düşüncə və savadsızlığın əlamətidir. İmam Hüseyn Peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Şəhidliyin bir adı var, Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. İmam Hüseyn ərəb və əcəm deyil. Şəhidliyin simvolik nümunəsidir.

Axar.az xəbər verir ki, bunu tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Yenisabah.az-a açıqlamasında deyib.

“Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bəzi insanlar deyir ki, şəhidlər üçün ağlamaq olmaz. Əgər bir insan torpağa tapşırılırsa, onun üçün necə ağlamamaq olar? Məhəmməd Peyğəmbər oğlu İbrahim öləndə ağladı. Dedilər, Ya Rəsulallah, niyə ağlayırsan? Dedi, ciyərimin bir parçasını torpağa basdırdılar.

Bu səbəblərdən məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn islam aləmində insanlığın kamil nümunəsidir”, - Hacı Surxay bildirib.

Din xadimi məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:

“Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.

Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu, mənim subyektiv fikrimdir.

İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.

Tarix
2021.08.18 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla