Yuxarı

Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, yeraltı və yolüstü keçidlər qapalı məkan hesab olunduğu üçün hərəkət iştirakçıları tibbi maskadan istifadə etməlidirlər:

"Qapalı məkanlarda tibbi maskadan istifadə etmə məcburiyyəti var. Bu, qanunla tənzimlənir. Bu qayda və normalara əməl etməyən şəxslər ərazidə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən aşkar olunduqda, barələrində inzibati tənbeh tədbiri tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir".

Tarix
2021.09.17 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

Paşinyan “O olmasın, bu olsun”u dinlədi - Video

Rusiya XİN-dən “3+3” platforması ilə bağlı açıqlama

Əli Əsədov yeni qərar imzaladı

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü

ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?

Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!

İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla