Yuxarı

Xətaidəki bu küçəyə hər şey atılır, hətta yararsız maşın da - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidəki bu küçəyə hər şey atılır, hətta yararsız maşın da - Foto

Xətai rayonunda “Həzi Aslanov” metrosu ilə Gəncə prospektini birləşdirən kiçik Xudu Məmmədov küçəsinin “böyük” dərdləri bitib-tükənmir.

Axar.az xəbər verir ki, bu küçədə vaxtaşırı olaraq piyada səkiləri zəbt edilir, cari təmirdə isə avtomobil yolunun hesabına yeni səkilər yaradılır və hər 2-3 ildən bir təkrarlanan bu hal yolun getdikcə daralmasına və tıxaclara səbəb olur. Eyni zamanda, yol kənarındakı ağaclıqların yerində də sürətlə obyektlər peyda olur.

Bir az qapalı və “göz”dən kənar olan küçənin kənarlarında isə nəinki zibillik, həm də istifadəyə yararsız avtomobillər, təkərlər də sıralanır.

Bir müddət öncə küçənin Gəncə prospektinə yaxın hissəsində, ağacların arasında “yararsız avtomobillər parkı” yaranmışdı. İndi ora təmizlənib – həm də ağaclarla birlikdə və yerində obyekt peyda olub.

Əvəzində isə küçənin ortasında analoji vəziyyət yaranıb. Yararsız avtomobillərin yanında isə inşaat materialları tullantısı, məişət avadanlıqlarından tutmuş üfunət yayan zibil yığınlarına qədər, hər zad tapmaq mümkündür.

Görünür, bu da yeri obyektə sakinlərin narazılığı olmadan satmağın yeni üsuludur. Hər necə olsa, sakinlər üfunət yayan zibillik və yararsız avtomobillərdənsə, obyektin tikilməsinə razı olarlar...

Tarix
2021.09.20 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla