Axar.az
Yuxarı

DGK və Diaspor Komitəsi Anlaşma Memorandumu imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, komitədə baş tutan tədbirdə sədr Səfər Mehdiyev diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədinə çatmaq üçün dövlətimiz böyük yol qət edib.

Prezidenti İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atıblar.

S.Mehdiyev vurğulayıb ki, diaspor quruculuğu dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil etdiyi üçün DGK da bu işlərə öz töhfəsini əsirgəmir. Komitə indiyə qədər həm ölkə daxilində, həm də xaricdə gerçəkləşdirilən tədbirlərdə, xüsusilə, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı təşkil olunan sərgilərdə ölkəmizin mədəni-tarixi irsinin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıb-deyə sözünə davam edən DGK sədri gələcəkdə bu kimi tədbirlərin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilinin əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələnin başladığını vurğulayıb. Komitə sədri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, Vətən müharibəsi dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirib.

F.Muradov DGK ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının faydalılığına əminlik ifadə edərək, Anlaşma Memorandumunun xaricdə yaşayan azərbaycanlıların yaratdıqları diaspor təşkilatlarının fəaliyyətlərinə kömək göstərilməsi işində müsbət rol oynayacağını qeyd edib.

Sonra Anlaşma Memorandumu imzalanıb.

Sənədi S.Mehdiyev və F.Muradov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, DGK Azərbaycan mədəniyyəti və tarixininin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş təbliğat və təşviqat materialları ilə Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsiisə həmin materialların xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarına çatdırılmasını həyata keçirəcək.

Tərəflər nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı müvafiq mövzu və sahələr üzrə təhlillərin və məsləhətləşmələrin aparılması, işçi qrupların yaradılması, məlumat və təcrübə mübadilələrinin təşkili, habelə fəaliyyət istiqamətlərinə uyğun digər əməkdaşlıq vasitələrindən istifadə edəcəklər.

Mərasimin sonunda tədbir iştirakçıları təqdim olunan təbliğat və təşviqat materialları ilə tanış olublar.

Tarix
2021.09.24 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzaladı

Elçin Aslangilə İsçevdə yeni vəzifə verildi

Xəzər dənizində tank əlehinə mina aşkarlandı - Video

Azad edilən ərazilərə gedənlərin maşınından borular çıxdı

Yevlaxda heroin satan şəxs tutuldu

Toyda karantin qaydaları pozuldu, icarədar cərimələndi

Bu qadını görənlər polisə zəng etsin!

Tikintiyə icazələrin verilməsi: İşçi qrup iclas keçirdi

Keçmiş nazirə “Aztelekom”da vəzifə verildi

Bazar günü hava necə olacaq?

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla