Yuxarı

Bu hospitalda müalicə olunmaq istədi, MN qoymadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu hospitalda müalicə olunmaq istədi, MN qoymadı

Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib.

Nazirlikdən Axar.az-a daxil olan məlumatda deyilir:

"Bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Vətəndaş Rahib Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılıb və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib.

Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.

R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir".

Tarix
2021.09.24 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla