Yuxarı

Paşayeva şəhid ailələrini ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyinin sədri, “Nərgiz” klinikasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 Sentyabr – Şəhidləri Anma Günündə 44 günlük Vətən Müharibəsinin Tovuz rayonunun Əlibəyli kəndində olan şəhidləri – əsgər Sərxan Həsənovun və kiçik çavuş Anar Hüseynovun ailəsini ziyarət edib.

Axar.az xəbər verir ki, şəhidlərin ailə üzvləri ilə söhbət edən millət vəkili və tanınmış həkim ailələrin qayğıları ilə maraqlanıb.

Q.Paşayeva və M.Qəhrəmanova şəhidlərimizin canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar hər iki şəhidimizin haqqında yazıların da olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyələrini şəhilərin ailə üzvlərinə təqdim edib.

Görüşlərdə Tovuz rayonunda fəaliyyət göstərən şəhid ailəsi, müharibə veteranları təşkilatlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, əsgər Sərxan Habil oğlu Həsənov (08.03.1999, Əlibəyli, Tovuz – 27.09.2020, Füzuli rayonu) 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

O, döyüşlərin ilk günü – 2020-ci il sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Kiçik çavuş Anar Hüseyn oğlu Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz – 28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub. Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Anar Hüseynov eyni zamanda “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib (25.12.2020).

Hər iki şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub.

Ruhları şad olsun!

Tarix
2021.09.28 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla