Yuxarı

Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər bərpa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər bərpa olundu

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş evlər və obyektlər tam bərpa olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Axar.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.

Həmçinin, Füzuli rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 13 yaşayış evi dağıdılmış, 360-a yaxın tikiliyə zərər dəymişdi. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman çərçivəsində görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 yaşayış evi və 1 inzibati binanın inşası, o cümlədən 2 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir. Yaxın zamanda Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də ən qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr səfərbər edilib.

Tarix
2021.10.28 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Bakı arasında tarixi sülh sazişi... - Tramp

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla