Yuxarı

Müəllimlərin işə qəbul qaydası dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na dəyişiklik edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalara edilən dəyişiklərə əsasən, Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər. 70 yaşdan sonra çalışma müddətinin uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr tarixli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında həyata keçirilir.

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin razılıq ərizəsi əsasında fiziki tərbiyə, texnologiya, musiqi və təsviri incəsənət dərsləri ixtisas müəllimləri tərəfindən tədris edilə bilər. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər".

Tarix
2013.10.24 / 18:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla