Yuxarı

DYP sayrışan işıqlarla bağlı sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sayrışan işıqlarla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.

DYP-dən Axar.az-a verilən məlumatda deyilir ki, avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə son vaxtlar tez-tez rast gəlinir. Belə hallar qanun pozuntusu olmaqla yanaşı, həm də bu kimi avtomobillərin sürücüləri bəzən digər hərəkət iştirakçılarına maneçilik yaradırlar.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Həmçinin gücü dəyişən işıqlardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidirlər. Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub. Həmçinin, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir", - məlumatda bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi göy və ya qırmızı rəngli sayrışan işıqların yalnız operativ nəqliyyat vasitələrində istifadəsinə icazə verildiyini bir daha xatırladır, hüquqi və fiziki şəxslərdən avtomobillərində bu kimi halların tez bir zamanda aradan qaldırılmasını xahiş edir: "Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək".

Tarix
2021.11.12 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla