Yuxarı

“Prezident bu məsələyə xüsusi diqqət yetirir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezident bu məsələyə xüsusi diqqət yetirir”

Hazırda bu sistem vasitəsilə hər bir icra hakimiyyəti orqanına daxil olan vətəndaş müraciətləri dərhal qeydiyyata alınır, onların qeydiyyatı, dövriyyəsi, baxılmasının nəticələri operativ surətdə həyata keçirilir. Artıq tətbiq olunan informasiya sistemində qısa vaxt ərzində 25 mindən artıq vətəndaş müraciəti qeydiyyata alınıb və onlara baxılması nəticələri bu sistemdə öz əksini tapıb.

Axar.az xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AzərTac-a geniş müsahibəsində deyib.

PA rəsmisi vahid elektron informasiya sistemi yaradılmasının əhəmiyyətindən danışıb:

"Bu informasiya sisteminin imkanları çox genişdir. Həm vətəndaşların müraciətlərinə vaxtında baxılıb cavab verilməsini, onların icra müddətlərinə əməl olunmasını, müraciətlər əsasında geniş təhlillər aparılmasını təmin edir,

eyni zamanda, Prezident Administrasiyasında qurulmuş mərkəzi server vasitəsilə istənilən şəhər və rayon icra hakimiyyətinə daxil olan təklif, ərizə və şikayətlər üzrə bütün məlumatları öyrənməyə və lazımi araşdırmalar aparmağa imkan verir. Artıq bu, vətəndaş müraciətlərinə baxılmasında tam şəffaflığı təmin edən bir vasitəyə çevrilib".

S.İsmayılov qeyd edib ki, vətəndaş müraciətləri, vətəndaşın qayğıları və problemləri ölkə Prezidenti İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biridir:

"Biz məmurlar da cənab Prezidentdən bu sahədə nümunə götürməli, onun tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməliyik. Bu sistem yerli icra hakimiyyəti orqanlarında çalışan məmurların məsuliyyətini də xeyli artırır, həm onların özünə, həm də bizə imkan verir ki, vətəndaşları narahat edən hər bir problemi vaxtında aşkara çıxarıb onun yaranma səbəblərini aradan qaldıraq".

Qeyd edək ki, Prezident İlham Əliyevin "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" 2015-ci il 29 aprel tarixli Fərmanı var.

Tarix
2015.08.03 / 17:32
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

İran PUA-sından biri məktəbin yaxınlığına düşüb - Rəsmi

Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi

Naxçıvana hücum: İran səfiri XİN-ə çağırıldı

Naxçıvanda məktəblərdə dərslər dayandırıldı

İran dəhşətli zərbələr altında və Əliyevlə Paşinyanın davranışı...

İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video

İranı satmaqda ittiham olunan Qaani danışdı

Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla