Yuxarı

Varlı, imkanlı qaçqınlara şərait yaradın – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün həqiqətən də fərqli bir büdcə müzakirələri oldu. İmkan yaratdınız biz, iqtisadi siyasət komitəsində həm birinci, həm də ikinci oxunuşda siyasi partiyalar olaraq məsələlərə öz münasibətimizi bildirək. Mən həm Tahir müəllimə, həm də İqtisadiyyat Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bəlkə də bu, mənim uzun illər deputatlıq fəaliyyətimdə ilk dəfə idi ki, əsaslandırlmış təkliflərə çox hörmətlə yanaşıldı, konstruktiv mövqe sərgiləndi, bir çox dəyişikliklərlə bağlı təkliflər nəzərə alındı.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat əmin olduğunu bildirib ki, 2022-ci ilin büdcəsi də uğurla yerinə yetiriləcək, həm icra ediləcək, həm də gəlirlər təmin ounacaq:

“2021-ci ilin 9 ayı ərzində həm vergi, həm də gömrük orqanları inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması sayəsində proqnozlardan xeyli artıq vəsait toplayıblar. Əminəm ki, 2022-ci ilə də belə olacaq. Hesablama Palatasının rəyində bir çox mənbələr göstərilir ki, həmin mənbələrə diqqət yetirilsə, proqnozları artırmaq olar. Mənim diqqət yetirəcəyim əsas məsələlərdən biri bizim iqtisadiyyatımızın böyüməsi üçün investisiya qoyuluşunun artmasıdır. Əlbəttə, dövlət investisiya qoyur, amma xarici və yerli sahibkarlar ölkəyə investisiya qoyuluşunu artıra bilərlər. Burada ötən iclasda İtqisadiyyat Naziriyinin nümayəndəsi Samirə xanım söylədi ki, onsuz da regionlarda vergi güzəştləri nəzərdə tutulub. Əgər bu güzəştlər yetərli deyilsə, deməli, məsələ ciddi təhlil olunmalıdır. Bəlkə 5 il müddətinə bütün növ vergilərdən regionlara investisiya qoyan şirkətləri azad edək? Ola bilsin ki, regionlara investsiya qoyulmaması heç iqtisadi faktorlarla əlaqəli deyil, bu, mülkiyyətin toxunulmazlığı ilə bağlı məsələdir. Yəni bəlkə sahibkarları narahat edən başqa səbəblər, müdaxilələr var? Bəlkə digər sahələrdə də problemlər çözülməlidir? Hər halda bu məsələlər ciddi şəkildə təhlil olunmalıdır və hesab edirəm ki, regionların inkişafına ciddi diqqət yetirlməlidir ki, daxili miqrasiyaya son qoyulsun və yeni iş yerləri açılsın.

Bundan başqa Bakı şəhərində biz görürük ki, uzun illərdir yenidənqurma, bərpa işləri gedir və şəhər bir tikinti meydançasıdır. Bunun üçün də düşünürəm, Şəhərsalma və Arxitektura Komitəsi daha təşəbbüskar ola, özləri layihələr hazırlayıb, hərraclarda satışa çıxara bilərlər. Bu, vaxt itkisinin də qarşısını alar. Yoxsa sahibkarlara deyirlər ki, sizin təklifləriniz standartlara cavab vermir, amma şəhər toz-torpağın içərisində qalır”.

Millət vəkili bildirib ki, başqa bir məsələ şəffaflıqla bağlıdır:

“Əlbəttə, Dövlət İnvestisiya Holdinqi yaradılıb, bu istiqamətdə işlər görülür. Mən görülən işlərin üzərinə kölgə salmaq istəmirəm. Amma hamı bilir ki, Azərbaycanda dövlət şirkətləri vergidən yayınmaq üçün xərcləri şişirdir. Bunun qarşısı alınması üçün ictimaiyyətə bu barədə geniş məlumatlar vermək lazımdır. Mətbuatda bunlar çap olunmalı və insanlar müqayisə apara bilməlidirlər ki, misal üçün, dövlət sifarişi ilə tikilən bir kvadratmetr mənzil və ya ofis neçəyə başa gəlir. Yaxud bunu özəl şirkətlər neçəyə tikirlər. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər səmərəli istifadə olunacaq.

Bir də vaxtilə Elman Rüstəmov da açıqlamışdı ki, əhalinin əlində böyük pullar var, yəni 10 milyarda qədər vəsait evlərdə saxlanılır və s. Biz Qarabağda bərpa işlərinə başlamışıq. Qaçqınlar içərisində çox zəngin insanlar var. İmkan yaradılmalıdır və təkliflər verilməliir ki, onlar işğaldan azad edilmiş ərazilərdə istehsal və emal müəssisələri yaratsınar, öz evlərini tiksinlər. Rusiyada, Türkiyədə, başqa xarici ölkələrdə zəngin azərbaycanlı sahibkrlar var. Onlar da Azərbaycana cəlb edilə bilər. Yəni Qarabağın bərpasına bütün xalq cəlb olunmalıdır. Belə oduğu halda biz daha ciddi uğurlara imza ata blərik”.

Tarix
2021.11.23 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla