Yuxarı

Bu gün böyük azərbaycanlının anım günüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün böyük azərbaycanlının anım günüdür

Bu gün müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun ölümündən 73 il ötür.

Axar.az xatırladır ki, Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə dahi bəstəkar, müsiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı “Qaqfaqazın konservatoriyası”- Şuşada keçib. İlk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alıb. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.1905-ci ildə Bakıya gəlib və burada ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində tərcüməşi işləyib. 1907-ci ildə rus yazıçısı Nikolay Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə edib.

O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyeton və satirik miniatürlər dərc etdirib. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" muğam operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" ,"Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" ,"Əsli və Kərəm","Harun və Leyla" operalarını yazıb. O, 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib. Orada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Həmin il "Arşın mal alan" musiqili komediyasını yazıb. Azərbaycan musiqi sənətinin inkişafında və dünyada tanınmasında misilsiz xidməti olan Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də 63 yaşında dünyasını dəyişib.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatına və fəxri adlarına, o cümlədən SSR Xalq Artisti adına layiq görülüb.

Tarix
2021.11.23 / 17:26
Müəllif
Türkan Camal
Digər xəbərlər

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla