Yuxarı

Kamran Əliyev Şaban Yılmazla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti 23 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider, Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Qonaqlar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.

Kamran Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirdiyini minnətdarlıqla qeyd edib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsinin iki ölkə arasında mövcud strateji əməkdaşlığın təzahürü olduğunu vurğulayıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Şaban Yılmaz ilk öncə ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Şaban Yılmaz tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulamışdır.

İstanbul şəhər Baş prokuroru hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini xüsusilə diqqətə çatdırmışdır.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də səmərəli fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Tarix
2021.11.23 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla