Yuxarı

Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir? - Video

Azərbaycanda insanların daha çox ərzaq məhsullarının alınmasına vəsait xərclədikləri məlum olub. Statistik məlumatlara görə, bu istiqamətdə xərclənən vəsaitin 49 faizi ərzaq məhsullarının payına düşür. Kommunal xidmətlərdən istifadəyə, eləcə də toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına görə də xeyli pul sərf edilib.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Vətəndaşlar arasında apardığımız sorğudan da məlum olub ki, insanlar gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına və kommunal xidmətlərə xərcləyirlər. Statistik məlumatlar da bu tendensiyanı təsdiq edir. Cari ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının payına düşür. Əksər insanlar büdcələrinə qənaət edə bilmədiklərini deyirlər.

Statistik məlumatlara əsasən insanların vəsaitinin 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 5 faizi içki və tütün məmulatlarının, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, 2021-ci ilin 9 ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Tarix
2021.11.24 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla