Yuxarı

Diqqət: FHN xəbərdarlıq etdi – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: FHN xəbərdarlıq etdi – Video

Fövqəladə Hallar Nazirliyi yay mövsümünün əsas təhlükələrindən olan ilan və əqrəb sancması ilə bağlı vətəndaşlara müraciət edərək, diqqəli olmağa səsləyib.

FHN-dən Axar.az-a verilən məlumata görə, bu cür hallardan qorumaq üçün bir sıra qaydaları bilmək vacibdir.

Mütəxəssislər məsləhət görür ki, yay aylarında meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin.

Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır. Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

Özünüzü əqrəb sancmasından necə qoruya bilərsiniz?

Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin. Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin. İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım:

- zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin;

- sancılmış nahiyəni hərəkət etdirməyin;

- yaranı su ilə yuyun;

- soyuq kompress qoyun;

- yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin;

- yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun;

- jqut qoymaq olmaz!

- yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz!

- zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin;

- tibbi yardım çağırın.

Nazirlik xəbərdarlıq edir ki, vətəndaşlar təhlükə zamanı dərhal 112 xidmətinə zəng etsin.

Tarix
2015.08.06 / 15:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla