Yuxarı

Fırtına: 22 yaşlı azərbaycanlı dənizçi dənizə düşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fırtına: 22 yaşlı azərbaycanlı dənizçi dənizə düşdü - Video

Türkiyədə yük gəmisində çalışan azərbaycanlı gənc dənizə düşüb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə bu gecə saat 02:00 radələrində Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı "Ünzile Main” quru yük gəmisində baş verib.

Hadisə gəminin şəxsi heyətində işləyən 22 yaşlı azərbaycanlı Anar Orucovun qırılan kəndiri təmir etdiyi vaxt baş verib. O, güclü külək əsməsi nəticəsində dənizə düşüb. Sahil Təhlükəsizlik Qayıq Komandanlığı və Ereğli Bələdiyyəsi Xilasetmə Xidmətinə bağlı xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. Gecə saatlarında başlayan əməliyyat-axtarış tədbirləri səhər saatlarında da davam edib. Dənizə düşən işçinin gəminin altında ola bilmə ehtimalını qiymətləndirən xilasetmə qrupları külək dayandıqdan sonra axtarış işlərinə davam edəcəklər. Digər tərəfdən bölgəyə dalğıc qrupları da cəlb edilib.

Anar Orucovun axtarışı davam edir.

Tarix
2021.12.01 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi

İlham Əliyev Davosda Andre Esteveslə görüşdü

Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi

Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir

FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla