Yuxarı

AFAD Qarabağda bu işlərə dəstək olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Türkiyə tərəfindən AFAD-ın başqan yardımçısı İsmayıl Palakoğlu, Zəlzələ Departamentinin rəhbəri Murad Nurlu, Zəlzələ Departamentinin şöbə müdiri Vədat Özsaraç şöbənin əməkdaşı Öndər Gödəz iştirak ediblər.

Azərbaycan tərəfindən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu qeyd edərək bildirib ki, bütün sahələrdə olduğu kimi zəlzələlərin tədqiqatı və öyrənilməsi sahəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulması vacibdir. Həm Azərbaycanın, həm də Türkiyənin ərazisinin seysmik baxımdan aktiv bölgələrdə olduğunu qeyd edən akademik R.Əliquliyev geniş əməkdaşlıq üçün hər iki tərəfdə böyük imkanların və potensialın olduğunu diqqətə çatdırıb.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyə çıxışına başlayan Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu bildirib ki, dünyanın heç bir ölkəsi təbii fəlakətlərdən sığortalanmayıb. “Həm Türkiyədə, həm də qardaş Azərbaycanda da təbii fəlakətlər və zəlzələlər olur. Bizim bu səfərimizin əsas məqsədi odur ki, biz bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirək” deyən AFAD-ın başqan yardımçısı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələlərin öyrənilməsi sahəsində hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib. “Biz bilirik ki, azərbaycanlı qardaşlarımızın bu sahədə böyük və uğurlu işləri var. Biz də öz tərəfimizdən istər seysmik stansiya məlumatlarının ötürülməsi, istər təcrübə mübadiləsinin aparılması, istərsə də seysmik stansiyaların quraşdırılması sahəsində Azərbaycan tərəfinə hər cür dəstək verməyə hazırıq”.

AFAD rəsmisi, həmçinin onu da deyib ki, Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir. Bundan başqa AFAD-ın başqan yardımçısı türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılmasını nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.

Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.

Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murad Nurlu hazırda qardaş ölkədə aparılan seysmoloji tədqiqatlar və seysmik stansiyaların məlumatları əsasında alınmış nəticələr, tikinti sahələrində seysmikliyin qiymətləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vədat Özsaraç isə məlumat mübadiləsi və birgə tədqiqatların aparılması sahəsində perspektiv layihələrə dair təqdimatla çıxış edib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.

Tarix
2021.12.01 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla