Yuxarı

Vəkil Abutalobovun sirrini açdı: Bu videonu qəsdən yayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıbala Abutalıbov o mitinqlərin təşkilatçısı olmayıb. O mintiqə Hacıbala Abutalıbovun çağrışı ilə gələn bir nəfər belə tapa bilməzsiniz.

Bu sözləri Axar.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun 1992-ci il mitinqindəki çıxışının videosunun yayılması haqda danışarkən deyib.

O bildirib ki, başqalarının zəhməti hesabına özünə karyera quran Hacıbala Abutalıbov 30 il bundan qabaq guya öz tərəfdarları ilə birlikdə Heydər Əliyevi müdafiə etməsi barədə video-görüntüləri yenidən mətbuata servis etməkdədir:

“Hacıbala Abutalıbov ilk dəfə bu “sensasiyanı” 2016-cı ildə yaymışdı. O vaxt mən Hacıbala Abutalıbovun başqa adamların zəhmətini öz adına çıxdığına görə sizin saytda açıqlama vermişdim.

Hacıbala Abutalıbovun məqsədi illərlə topladığı qanunsuz sərvəti diqqətdən yayındırmaq, özünü “sadiq əliyevçi” kimi aktuallaşdırmaqdır. Başqalarının zəhmətini mənimsəmək onun köhnə şakəridir”.

S.Vəkilov xatırladıb ki, həmin mitinqləri Əlincə Xeyriyyə Cəmiyyəti təşkil edirdi:

“Gənclər isə o mintiqə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi Sadiq Qurbanovun təşkilatçılığı və təşəbüsü ilə toplanmışdı. Sadiq Qurbanov hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Yaxşı yadımdadır, Heydər Əliyevin yaş senzinə qarşı təşkil olunmuş mitinqlərdən birini dağıdarkən, Heydər Əliyevin portretini cırıb yerə atmaq istəyərkən Sadiq Qurbanov özünü qabağa verib buna mane oldu və qarşıdurma yarandı. Bu hadisələr sonradan məşhur doxsanbirlərdən olan Tofiq Huseynov, Fikrət İsmayılov və Əjdər İsmayılovun yanında olub.

Hacıbala Abutalıbov o mitinqlərin təşkilatçısı olmayıb. O mitinqdə Hacıbala Abutalıbovun çağrışı ilə gələn bir nəfər belə tapa bilməzssiniz.

O mintinqdə Sadiq Qurbanov, Əli Ağayev, Azər Xanəliyev, İftixar Huseynov, Fuad Bədirov, Müştəba Əliyev, Samir Həsənov və qardaşı, Elçin Həsənov, Elsevər Novruzov, Haqverdi Abbasquliyev, Orxan Məmmədov, rəssam Sabir, Tofiq Əliyev, Azər Seyidov, Azər Seyidzadə, Arif Rüstəmov, Azərbaycan Neft İnstitunun Namiq adlı tələbəsi və s. şəxslər iştirak ediblər.

Onu da qeyd edim ki, həmin vaxt Yeni Azərbaycan Partiyası yox idi. Bu şəxslər Konstitusiyaya salınmış yaş senzini ədalətsizlik hesab edir və şəxsən Heydər Əliyevə qarşı yönəlmiş bu qanunsuzluğun aradan qaldırılmasını istəyirdilər.

Bu gənclərin bəziləri, o cümlədən Sadiq Qurbanov fəaliyyətini YAP-da davam etdirdi, bəziləri isə siyasi fəaliyyətdən uzaqlaşaraq öz peşə fəaliyyətləri ilə məşğul oldular”.

S.Vəkilov bildirib ki, o mitinqdə çıxış edənlər, xalqa səslənənlər də fərqli adamlar idi:

“Onlardan birinin fotosunu sizə təqdim edirəm. Fotoda söz verən gənc Sadiq Qurbanovdur, çıxış edən isə hamının tanıdığı mərhum general, Gəncənin sabiq polis rəisi olmuş Rasim Musayevdir”.

Tarix
2021.12.08 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə məktub ünvanladı

Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Yaralılar nazirə qəzanın necə baş verməsindən danışdı - Video

Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi

Qarabağda Azərbaycan bayrağı dalğalanır - Zaxarova

Təyyarə hava məkanımıza bu saatda daxil olub - Nazir müavini

Qəzada ölən Azərbaycan vətəndaşlarının sayı

Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır?

Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya

Buna görə Azərbaycana etiraz etməyəcəyik - Bozumbayev

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla