Yuxarı

Gömrükçülər narkotaciri yaxaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər narkotaciri yaxaladı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Ərəstun Zülfüqarova məxsus əl yüklərinə baxış zamanı 1 ədəd plastik qabda 250 ml həcmində metadon məhlulu aşkar olunub.

Axar.az Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabılarının hər birinin içərisindən 20 ədəd bükümdə, ümumi xalis çəkisi 151,408 qram olan narkotik vasitə - tiryək, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 3,504 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə isə 19 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Aşkar olunan 250 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,253 qram, 19 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,38 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Tarix
2015.08.08 / 14:22
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla