Yuxarı

PA etiraz edən bələdçilərə vəd verdi - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:26

Bu dəqiqələrdə "Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirir.

"Aznews.az"ın məlumatına görə, aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb bələdçilərin heç bir əsas göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: "Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək".

***

10:26

Bir bələdçi 2 il bundan əvvəl narkotik apararkən rus sərhədçiləri tərəfindən saxlanılaraq həbs edilib. Ondan sonra qərar verilib ki, bələdçilər qadınlarla əvəzlənsin. Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, onların qadın bələdçilərlə əvəz edilməsinin səbəbi budur və bu tapşırıq Prezident Administrasiyasından gəlib.

"Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu açıqlama bələdçilərin narazılığına səbəb olub və etirazçılar indi Prezident Administrasiyasına gedirlər. Əsas niyyətləri bu məlumatın - tapşırığın doğru olub-olmadığını öyrənməkdir. Etirazçılar ondan şikayət edir ki, yeni gələn qadın bələdçilər onlar qədər peşəkar deyil və bir nəfər qanun pozucusuna görə bu addımın atılması, kişi bələdçilərin kütləvi şəkildə işdən azad edilməsi ədalətsiz qərardır.

***

11:26

Hazırda etiraz edən bələdçilərdən 5 nəfər Prezident Administrasiyasına dəvət edilib və onların etirazı dinlənilir. Digər bələdçilər isə PA-nın qarşısında şikayətlərinin nəticəsini gözləyirlər.

***

12:30

Müxbirimiz xəbər verir ki, Prezident Administrasiyasında etirazçılar arasından seçilmiş 5 nəfər bələdçini Administrasiyanın Azər adlı məmuru qəbul edib.

O, bələdçilərin nümayəndələrinə bildirib ki, Dəmiryol İdarəsinin mətbuat katibi Nadir Əzməmmədovun onlara verdiyi məlumat tamamilə yanlışdır. PA-dan kişi bələdçilərin azad edilməsi və qadın bələdçilərlə əvəz edilməsi haqda heç bir göstəriş verilməyib. Əksinə, burada hesab edirlər ki, müxtəlif çətin durumları nəzərə alaraq peşəkar kişi bələdçilərə daha çox ehtiyac var.

Dövlət məmuru 60 nəfər etirazçının imza atdığı şikayət məktubunu qəbul edib və bildirib ki, ən qısa vaxtda şikayətə baxılaraq, problemin müsbət yöndə həll edilməsi təmin olunacaq.

Tarix
2014.01.10 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Si Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Bu Novruz hamıya sülh gətirsin - Quterreş

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Putin Əliyevi təbrik etdi

Ərdoğan Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla