Tramp İrana təşəkkür etdi
22:47
| Ana səhifə Toplum |
|
10:09
Bu gün səhər saatlarında səmada naməlum obyektin uçmasını əks etdirən video yayılıb. İddia olunur ki, həmin obyekt Bakıda görünüb. Bildirilib ki, obyekt uçduqdan sonra səmada geniş tüstü yayılıb.
Müdafiə Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq görüntülərin başqa əraziyə aid olduğu qeyd olunub:
“Görüntülər çox uzaq məsafədən çəkilib. Bizimlə heç bir əlaqəsi yoxdur”, - açıqlamada bildirilib.
Qeyd edək ki, sözügedən video Xəzər TV-də yayımlanan "Xəbər Ertəsi" proqramında yayımlanıb.
|
Tarix
2021.12.20 / 13:50
|
Müəllif
Aytəkin Qardaşova
|