Yuxarı

Məşhur yutuber azyaşlı uşaqlarını və özünü öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur yutuber azyaşlı uşaqlarını və özünü öldürdü

Türkiyənin Adana vilayətində ailə faciəsi baş verib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, Sarıçam rayonunda 34 yaşlı yutuber Sergen Altunbaş 8 yaşlı qızı Adanı və 6 yaşlı oğlu Merti silahla qətlə yetirdikdən sonra özünə qəsd edib.

Hadisə Sarıçam rayonunda baş verib. Məlumata görə, Altunbaş həyat yoldaşı ilə mübahisə etdikdən sonra qadın evi tərk edib. Bir müddət sonra o, uşaqlarını tapança ilə vurub, daha sonra silahı özünə tuşlayaraq atəş açıb.

Atəş səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Evə daxil olan qruplar ata və iki azyaşlını qan içində tapıb. Tibbi müayinə zamanı Sergen Altunbaş, Ada Altunbaş və Mert Altunbaşın öldüyü təsdiqlənib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Tarix
2026.01.16 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla