Yuxarı

İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?

2026.03.03. 18:02

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

Axar.az xəbər verir ki, təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

***

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 917 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Fevralın 28-dən martın 3-ü saat 18:00-a qədər sərhədi 204 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 278, Rusiyanın 127, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Belarusun hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, İsveçrə 4, Qətər və Banqladeş, Özbəkistan, İran, Meksikanın hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hərəsinin 2, Böyük Britaniya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***

Saat 19:00-dan 22:00-a qədər 21 Çin, 8 Oman, 6 Azərbaycan, 4 Nigeriya, 2 Yaponiya, eləcə də 117 nəfər Rusiya, 6 Belarus, 1 Qazaxıstan vətəndaşı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.

Onlar avtobuslarla Bakıya yola salınıb.

Qeyd edək ki, Rusiya vətəndaşları isə avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına gətirilib. Burdan da öz ölkələri tərəfindən xüsusi təyyarə reysi ilə vətənlərinə qaytarılacaqlar.

Tarix
2026.03.04 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla