Yuxarı

İran 3 gündə 35 PUA və 2 THAAD məhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran 3 gündə 35 PUA və 2 THAAD məhv etdi

Son 24 saat ərzində İsfahan, Qəsri-Şirin, Təbriz, Xuzistan və Tehran hava məkanında “Xatəm əl-Ənbiya” Birgə Hava Hücumundan Müdafiə Komandanlığı sistemləri tərəfindən altı qabaqcıl “Hermes” dronu vurulub.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Qeyd olunur ki, son müharibənin başlanğıcından bəri yerüstü hava hücumundan müdafiə qüvvələri, qırıcı təyyarələr və Vahid Hava Hücumundan Müdafiə Şəbəkəsinin tərkibindəki SEPAH bölmələri tərəfindən RQ-19, “Heron”, “Hermes”, “Orbiter” və digər PUA-lar da daxil olmaqla, 35 qabaqcıl düşmən dronu aşkar edilərək məhv edilib.

Öz növbəsində, ikinci THAAD raket əleyhinə sistemin İslam İnqilabı Keşikçiləri Korpusunun dəqiq idarə olunan raketləri ilə vurulduğu və sıradan çıxarıldığı barədə də informasiya yayılıb.

Tarix
2026.03.04 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidze Azərbaycana gəlir

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla