Yuxarı

Xəzərdə suyun səviyyəsi düşür - Nazirlik hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə suyun səviyyəsi düşür - Nazirlik hərəkətə keçdi

Son illərdə Xəzər dənizinin səviyyəsində tərəddüdlər ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, bu il Əlif Haciyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub:

"Qlobal istiləşmə Xəzərdə dəniz suyunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaradır".

U.Tağıyeva bildirib ki, 2005-ci ildən dənizin səviyyəsi müntəzəm enməyə başlayır:

"2005-ci ildə səviyyə 26.75 m, 2020-ci ildə bu rəqəm 27.94 m olub. Dənizin səviyyəsi bu illər ərzində 119 sm aşağı düşüb. Bu ilin yekununda səviyyənin daha da aşağı enəcəyi gözlənilir. Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da aşağı düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə seminarın keçirilməsi 2022-ci ilin mart ayında planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur".

Tarix
2021.12.29 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla