Yuxarı

BNA-nın “ixtirası”: pavilyonlar qoşa-qoşa - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA-nın “ixtirası”: pavilyonlar qoşa-qoşa - Foto

Paytaxtın Ziya Bünyadov prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişməsində dayanacaq pavilyonu yoxdur. Sərnişinlər avtobus gözləyərkən yağışlı və soyuq havada daldalanmaq üçün yer tapmırlar. Eyni mənzərəyə şəhərin bir çox avtobus dayanacağında rast gəlmək olar.

Axar.az xəbər verir ki, dayanacaq pavilyonuna ehtiyac olan ərazilərdə pavilyon olmasa da, paytaxtın Atatürk prospekti, Səməd Vurğun küçəsi, Fətəli xan Xoyski prospekti 10 ünvanlarında qoşa dayanacaq pavilyonu qoyulub.

N.Nərimanov rayonu Heydər Əliyev prospekti 44-50 ünvanındakı pavilyon isə götürülüb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza sözügedən ərazilərdə qoşa dayanacaq olmasında heç bir problem olmadığını, bunun normal hal olduğunu bildirib:

“Qoşa pavilyonlar tələbat yüksək olan yerlərdə qoyulur. Dayanacaq pavilyonu olmayan yerlərə də qoyulması təmin edilir”.

M.Ağayev qeyd edib ki, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki dayanacaq nəqliyyat axınına maneə yaratdığı üçün yeri dəyişdirilib.

Tarix
2022.01.14 / 12:08
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

Mişadan müharibə xəbərdarlığı: Bakı icazə verməyəcək!

Yakov Milatoviç Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla