Yuxarı

Bakıda narkotik və silah alverçiləri saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda narkotik və silah alverçiləri saxlanıldı - Video

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Əli Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq adlanan heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Əli Əhmədov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd CZ-27 markalı tapança, 1 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub. Faktlarla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2022.01.14 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla