Yuxarı

Bakıda parklanma ilə bağlı pilot layihəyə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda parklanma ilə bağlı pilot layihəyə başlanılır

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçəsi və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.

Hazırda pilot layihənin icra edildiyi Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil olunacaq, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür. Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmaları və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamaları xahiş edilir. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır.

Tarix
2022.01.18 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla