Yuxarı

Vəzifədən azad olunacağımı gözləmirdim – Viktor Qasımov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim.

Axar.az xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Viktor Kərimoviç Qasımov deyib. Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, hər hansısa bir işə təyin edilməyib:

"Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim. Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hansısa bir vəzifə verilməyib".

Viktor Qasımov qərara hörmətlə yanaşdığını bildirib və ölkə başçısı İlham Əliyevə ona göstərdiyi yüksək ehtimada görə təşəkkür edib:

"Mənə böyük etimad göstərilmişdi, nazir müavini təyin edilmişdim. Bu təyinat ağır dövrdə oldu. Etimadı doğurtmağa çalışdım, işlədim. Allah Prezidentimizə, Birinci vitse-prezidentimizə cansağlığı versin. Hamımız ağır dövrdə əl-ələ verib işlədik".

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır:

"Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”.

Tarix
2022.02.04 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla