Yuxarı

Bakı sakinləri Saatlıda narkotik satmaq istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sakinləri Saatlıda narkotik satmaq istədi

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakinləri Ceyhun Məmmədli və Asif Səmədov rayon ərazisində saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq narkotik maddə olan heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyiblər və hesabına müəyyən miqdarda pul göndəriblər. Daha sonra isə C.Məmmədli və A.Səmədova narkotik vasitələrin Saatlı rayonu ərazisində gizlədildiyi yer bildirilib və onlar bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəliblər. Həmin maddələri gizlədildiyi yerdən götürüb aparan zaman isə onları Saatlı RPŞ-nin əməkdaşları saxlayıblar.

Dindirilmə zamanı hər iki şəxs qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Tarix
2022.02.07 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla