Yuxarı

BMT nümayəndələri Qarabağa gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT nümayəndələri Qarabağa gedir

BMT Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək və orada qiymətləndirmə missiyası həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Vladanka Andreyevanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirilib.

Spiker Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini deyib:

"Bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq. Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir".

Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.

Vladanka Andeyeva BMT və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2022.02.17 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla