Yuxarı

Xətai İH indi də prospektdəki səkiləri zəbt edir – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH indi də prospektdəki səkiləri zəbt edir – Foto

Xətai rayonunun Gəncə prospektində piyada səkilərinin zəbti başlayıb.

Axar.az xəbər verir ki, “Həzi Aslanov” metrostansiyasından Gəncə prospektinə qalxan Xudu Məmmədov küçəsində səkilər zəbt ediləndən sonra indi də prospektdəki piyada səkilərinin zəbtinə start verilib.

Belə ki, Xudu Məmmədov küçəsinin Gəncə prospekti ilə kəsişməsində yeni obyekt piyada səkisinin bir hissəsini “işğal edib”.

Qeyd edək ki, Xudu Məmmədov küçəsində vaxtaşırı olaraq piyada səkiləri zəbt edilir və cari təmir zamanı yolun eni azaldılaraq, yeni piyada səkisi düzəldilir. Ancaq az keçmir ki, yeni səki də zəbt edilir və növbəti dəfə eyni proses başlayır. İndiyə qədər davam edən “piyada səkisi düzəltmə və zəbt etmə” nəticəsində Xudu Məmmədov küçəsinin maşın zolaqları iki dəfə kiçilib.

Xətai rayon İcra Hakimiyyəti bunu obyekt sahiblərinin özbaşına etdiyini bildirsə də, prosesin artıq Gəncə prospektinə sıçraması təsdiqləyir ki, heç kim heç nəyi özbaşına etmir. Hər tikili üçün İcra Hakimiyyətinin razılığı mütləqdir. Əgər doğrudan da Gəncə prospekti kimi bir ərazidə tikilən obyektdən və səkinin zəbtindən Xətai rayon İH xəbərsizdirsə, demək, illərdir bu qurum öz işinin öhdəsindən gələ bilmir.

Beləliklə, “ilk addım” atıldı, yəqin ki, növbəti obyektlər piyada səkisinin tamamının zəbti ilə tikiləcək.

Tarix
2022.02.20 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla