Yuxarı

Keri Lavrova kartof bağışladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keri Lavrova kartof bağışladı - Foto

Fransanın paytaxtı Parisdə Rusiya və Amerika xarici işlər nazirlərinin danışıqları zamanı Con Keri Serqey Lavrova iki kartof hədiyyə edib.

Jurnalistlərin məlumatına görə, mərasimin protokol hissəsi başlamazdan əvvəl, ABŞ dövlət katibi Con Keri mətbuat nümayəndələrinə təşəkkür edərək, zalı tərk etmələrini xahiş edib.

Bir qədər sonra KİV nümayəndələri danışıqların protokol hissəsini görüntüləmələri üçün yenidən dəvət olunublar.

" Biz Serqey Lavrovla bir həftə əvvəl telefonla danışmışıq, Suriya məsələsini müzakirə etməyi planlaşdırmışıq"- Con Kerri deyib. Həmin telefon söhbətində nazirlər zarafatla Amerikanın Aydaho ştatında yetişən kartofu müzakirə ediblər.

"Mən bu gün həmin o kartofu gətirmişəm"- deyə C. Keri bildirib. Daha sonra dövlət katibi böyük, ağ karton qutunun içərisindən iki kartof çıxararaq, rusiyalı nazirə hədiyyə edib. Onun bu hərəkəti hər iki tərəfin nümayəndə heyətini güldürüb. Kerinin qeyri-adi hədiyyəsi formasına görə, kartofdan çox "bulkanı" xatırladıb.

Qeyd edək ki, tərəflərarası danışıqlar bağlı qapılar arxasında keçib (Azvision).

Tarix
2014.01.13 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla