Yuxarı

ANS ATV-nin cavabını verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS ATV-nin cavabını verdi - Video

Bizi etdiyimiz tənqidə görə heç kəs qınaya bilməz.

Bu sözləri ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov ATV və ANS telekanalları arasındakı qalmaqal haqda Axar.az-a danışarkən deyib:

"Bizim hazırladığımız video-çarx reytinqə hesablanmayıb. Sadəcə, material hazırlamışıq, ATV telekanalı da bizim fikrimizlə razı olmayıb, vəssalam. Niyə axı ANS telekanalını reytinqə xidmət etməkdə ittiham edirlər? Biz gürcü patriarxının dediklərini də tənqid etmişik. Bizi etdiyimiz tənqidə görə heç kəs qınaya bilməz.

Materialda hər şey açıq-aydın göstərilib, deyilib. Bizim ATV ilə nə işimiz var axı? Onlar özləri bizim adımızdan istifadə edib reytinq qazanmaq istəyir. Tutalım ki, kimsə başqa birini tənqid edib, mən indi o adamı ittiham etməliyəm ki, siz reytinqə görə tənqid etmisiniz?"

Qeyd edək ki, ATV kanalının yeni mövsümlə əlaqədar qədim alban kilsəsində çəkdiyi video-çarxa gürcü patriarxı II İlya ilə yanaşı, ANS telekanalı da münasibətini açıqlayıb.

ANS gürcü patriarxını Azərbaycanın daxili işlərinə qarışmaqda və Gürcüstanda məscid təhqir edilərkən səsini çıxarmamaqda haqlı olaraq suçlayıb, eyni zamanda, ATV telekanalının hazırladığı süjeti də tənqid edib. ATV isə bunu həqarət kimi qarşılayaraq, bu addımı dırnaqarası həmkarlarının "iç üzünün görünməsi" kimi dəyərləndirib.

Hər iki süjeti müqayisə üçün təqdim edirik:

Tarix
2015.09.08 / 17:45
Müəllif
Nigar An
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla