ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri
Mais Məmmədov bu gün xəbər portallarında gedən ANS-də ixtisarlar və
s. barədə xəbərlərə reaksiya verərək, ANS PRESS-in suallarını
cavablandırıb.
- Mais müəllim, bir sıra portallar ANS-in müxbir məntəqələrinin
bağlanması barədə xəbərlər yayıblar. Bunlar nə dərəcədə doğrudur?
Doğrudanmı, ANS öz müxbir məntəqələrini bağlayır?
- Mən sizə deyim ki, hər il ANS rəhbərliyi yanvar ayında
vəziyyətə baxır və kimlərlə müqaviləsini davam etdirməyə qərar
verir. Biz də bir neçə müxbir məntəqəsi var: Amerikada,
İngiltərədə, Rusiyada, Gürcüstanda, Gəncədə, Qarabağda müxbir
məntəqələrimiz var. İndi bizdə iki müxbir məntəqəsi - Göyçay və
Cəlilabad məntəqələri bağlanıb. Birincisi, bu məntəqələr yaxındır,
yəni özümüz də gedə bilərik. İkincisi, həmin məntəqələrin işi bizi
qane etmir. Həm də Cəlilabad məntəqəsi Lənkərana çox yaxındır.
Ümumiyyətlə, bizim öz Akademiyamızda da yeni kadrlar
hazırlayırıq. Baxırıq, kim işləmir, onları yeni kadrlarla əvəz
edirik. Yəni məntəqələrin bağlanması yalandır. Biz məntəqəsiz necə
işləyə bilərik? Bütün dünyadan xəbər alırıq. Bununla bağlı
deyilənlər şayiədir. Biz həmişə kadr dəyişikliyi işini aparmışıq və
bu il də aparacağıq. Yəni tək bizdə deyil, istənilən portalda,
telekanalda bu iş gedir. Məsələn, biri qocalır, onu cavanla əvəz
edirlər. Nəyə görə belə hay-küy qaldırırlar? Deməli kiməsə
lazımdır. Kiməsə lazımdır ki, ANS adını yazsın ki, məqaləsi
oxunsun. Özlərini reklam etmək üçün buna gedirlər. ANS tək
Azərbaycanda deyil, bütün MDB məkanında birinci müstəqil
telekanaldır. Hələ Rusiyada "NTV" yox idi, Azərbaycanda ANS vardı.
Rusların bir sözü var: "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq".
İndi bizdə bütün müstəqil kanallar içində ANS həmişə birinci olub.
Birinci yolu gedən üçün həmişə çətin olub.
Bizi bağlayırdılar da, tənqid edirdilər də, amma biz heç zaman
dayanmırdıq. Bilirdik ki, bir anlığa belə dayanmaq olmaz. Və bu
proses davam edəcək.
- Portallar həm də ANS-in satışa çıxarılması ilə bağlı da
şaiyələr yayırlar? Bu, nə dərəсədə doğrudur?
- Bu, ən böyük şaiyədir. Sizсə, bayrağı, gerbi satmaq olarmı?
ANS xalqın kanalıdır və həmişə xalqın yanında dayanaсaq. Kimin
xoşuna gəlmir, gəlməsin: ANS həmişə işləyəсək və heç zaman
satılmayaсaq. Neсə ki, ürəyi, namusu və qeyrəti satmaq mümkün
deyil, ANS-i də satmaq olmaz.
Biz bu şayiələri yayanlarla məhkəmədə danışaсağıq. Niyə bizi
ləkələmək istəyirlər? Çoxusu təzə açılmış portallardır. Oturub
düşünürlər ki, neсə edək ki, qalxaq. Bu сür сəfəngiyyatlar
uydururlar. Məhkəmə bunlara сərimə yazanda məlum olur ki, almağa
bir kompüterdən başqa heç nələri yoxdur.
ANS Azərbaycan xalqının kanalıdır. Azərbaycanın müstəqillik
tarixinin ən böyük arxivi ANS-dədir. Biz bu yolda bu qədər can
qoymuşuq, yaralar almışıq. Bunu atmaq olarmı?
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hazırda Şeyx
Allahşükür Paşazadə ilə birlikdə Türkmənistanda səfərdədir. Biz ona
zəng edib bu barədə məlumat vermişik. O, çox narahat olub. Bizə
bildirib ki, millətə çadırın ki, ANS xalqın kanalıdır. Heç xalqın
da kanalını satmaq olar? Kim bu barədə şaiyə yayıbsa, məhkəmədə
cavab verəcək. (ANS)