Yuxarı

Şöhrət Vəkilov - böyük irsin davamçısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər tanıdığım görkəmli iqtisadçı, bütün ömrünü dövlət və dövlətçiliyə həsr etmiş Şöhrət Musa oğlu Vəkilovun ibrət dolu həyat hekayəsi maraq doğurur.

Şöhrət Musa oğlu Vəkilov ilk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə Gümüş xanım Gümüşovanın sinfində alıb. Onun təhsil aldığı sinifdə 5 qız olmaqla 25 uşaq oxuyub. Sinif nümayəndəsi Ramiz Abdullayevlə Şöhrət Vəkilov xüsusi olaraq yaxşı oxumaları ilə fərqləniblər.

İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. Orta məktəbdə oxuyarkən xüsusi istedadı ilə fərqlənib. 6-cı sinifdə oxuyarkən riyaziyyat müəllimi Şöhrət Vəkilovu 9-cu sinfin auditoriyasına apararaq çətin həll edilən misalı həll etmək üçün lövhəyə çıxarır. Ş.Vəkilov 9-cu sinfə aid misalı həll edir. Müəllim 9-cu sinfin şagirdlərinə Ş.Vəkilovu nümunə gətirərək yaxşı oxumağı tövsiyə edir.

Şöhrət Vəkilov 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. O dövrün nüfuzlu müəllimlərindən Əlihüseyn Əsədzadə kimi şəxslərdən dərs alıb və institutu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb.

1978-1980-ci illərdə Rusiya Federasiyasında həqiqi-hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu zaman atası Musa Vəkilov dünyasını dəyişib.

Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətinə başlayıb. O, burada dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vergi orqanlarında işləməyə başlayıb. Yasamal rayon Vergi İdarəsinin rəisi vəzifəsində (1990-1992) çalışıb. Sonra maliyyə nazirinin müavini təyin edilib (1992-1994). 1994-ci ilin martından 1999-cu ilin aprelinədək Azərbaycan Respublikasının ilk müstəqil vergi təsisatı olan Baş Dövlət Vergi Müfəttişliyinin (indiki Vergilər Nazirliyi) rəisi vəzifəsində işləyib.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonrakı ilk onillikdə ölkənin dinamik vergi siyasətinin işlənib hazırlanmasında və bu sahədə görülən digər işlərdə Şöhrət Vəkilovun əməyi və xidmətləri böyükdür. O, bu sahədə ən bacarıqlı mütəxəssislərdən biri sayılır. Həmin dönəmdə Şöhrət Vəkilovun bilavasitə rəhbərliyi altında və yaxından iştirakı ilə vergi qanunvericiliyinə dair silsilə qanun layihələri işlənib hazırlanıb və Milli Məclisdə qəbul edilib. Bundan əlavə, o, bir sıra mühüm qanun layihələrinə düzəlişlərin də müəllifi olub.

Şöhrət Vəkilov 2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası kənd təssərrüfatı nazirinin müşaviridir.

Şohrət Vəkilovun mənsub olduğu nəslin Azərbaycan tarixində müstəsna xidmətləri olub. Əsasən Qazax sultanlığı və İrəvan xanlığı - Şərur-Dərələyəz qəzası ərazisində məskunlaşan Vəkilovlar Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, xalq qəhrəmanı Balo bəy Vəkilov, görkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun qurucusu və ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında daxili işlər naziri olmuş Mustafa bəy Nadir bəy oğlu Vəkilov, İstiqlal bəyannaməsinin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi doktor Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, görkəmli iqtisadçı və dövlət xadimi İlyas Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, tədarük naziri Qəzənfər Vəkilov, körkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), professor Kərim Vəkilov (Həsənov), əməkdar mühəndis Ramiz Vəkilov, hüquqşünas Səməd Vəkilov, dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmlər doktoru Fatma xanım Vəkilova, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və b. şəxslər bəxş edib.

Mən gənc jurnalist kimi Şöhrət Vəkilov Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində çalışarkən dəfələrlə onunla ünsiyyətdə olmuşam. Onu nümunəvi dövlət məmuru kimi xarakterizə etmək olardı. Həm qəbuluna gələn insanların problemlərinə fərdi qaydada yanaşması, onların istəklərinə məmur kimi deyil, insan kimi həssaslıqla yanaşması diqqətmi cəlb edirdi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, Ş.Vəkilovun təhsil almaqda çətinlik çəkən onlarla tələbəyə öz təmənnasız köməyini əsirgəməməsi onun nəcib keyfiyyətindən xəbər verir.

Sevil Yusifova

İTV-nin Yayım Şurasının üzvü

Tarix
2022.05.08 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla