Yuxarı

Yeni icra başçısı danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni icra başçısı danışdı - Foto

Bakının Nəsimi rayonunda yeni tədris ilinə hazırlıq müzakirə olunub.

Axar.az xəbər verir ki, toplantıda rayona yeni təyin olunmuş icra başçısı Asif Əsgərov da iştirak edib.

İcra başçısı təhsil sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bu sahəyə qayğısından danışıb.

A.Əsgərov bildirib ki, Nəsimi rayonunda orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.

Yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub.

Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulub.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa isə məktəbli forması hədiyyə olunub.

Tarix
2015.09.11 / 15:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla