Yuxarı

Millət vəkili şəhid anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi Mirağa Əliyevin anası Lyuda xanım Əliyeva ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili şəhid anasını dinləyib, qayğılarını bölüşüb və hər zaman yanında olduğunu bildirib.

Qeyd olunub ki, 2020-ci ilin iyulundakı Tovuz döyüşlərindən sonra Mirağa da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə müraciət edərək, könüllü olaraq Orduya yazılıb. 2020-ci ilin sentyabrında hərbi təlim toplantısına çağırılan Mirağa 27 sentyabrdan baş kəşfiyyatçı olaraq, ön cəbhədə kəşfiyyatçı tağımında xidmət edib. O, Füzulinin və Cəbrayıl istiqamətindəki şiddətli döyüşlərdə öz şücaəti ilə seçilib. İgid əsgərimiz Füzulinin və Cəbrayıl istiqamətində ermənlərin “keçilməz” dediyi postlarını şücaətlə keçib. Mirağa düşmən cəbhəsinin arxasına dəfələrlə keçərək, önəmli bilgilər əldə edib, o cümlədən döyüş yoldaşlarını mühasirədən qurtarıb. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alsa da, o, döyüşə davam edib. Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini sıradan çıxara bilib.

Mirağa Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mirağa Musa oğlu Əliyev (29.08.2000, Xocavənd kəndi, Ağcabədi– 29.09.2020, Cəbrayıl) ailənin tək oğlu idi. O, döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperi onu ürəyindən vurub. Şəhidimiz 30 sentyabr 2020-ci ildə, doğma Xocavənd kəndində torpağa tapşırılıb.

Tarix
2022.05.13 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla