Axar.az
Yuxarı

Nazirlik epilepsiya xəstəsinin pensiyasını kəsdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunun Yeniyaşma kənd sakini Qeno Əli oğlu Quliyevə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən II qrup üzrə əlillik müavinəti 5 il müddətində təyin olunsa da, 2020-ci ildə əlilliyin ləğvinə qərar verilib.

Bu barədə Axar.az-a məlumat verən Q.Quliyevin qızı Yeganə Quliyeva bildirib ki, müavinət ləğv olunarkən, heç bir yoxlama aparılmayıb:

“Müavinəti kəsən həkimdən səbəbini soruşanda, əsaslı cavab ala bilmədim. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin keçmiş sədri Cavid Əbdülqədirovun qəbulunda oldum. O bildirdi ki, əgər epileptik tutmaların baş verməsi barədə arayış təqdim olunsa, yenidən əlilliyi protokollaşdırıb bərpa edə bilərik. Məndə olan arayışlardan birini müəssisəyə təqdim etdim. Müəssisədən mənə cavab gələndə isə həmin sənəd orada qeyd olunmamışdı. Səbəbini maraqlandığım zaman “sizi qane etsə də, etməsə də, cavabımız budur” deyildi”.

Şikayətçi onu da qeyd edib ki, məsələylə bağlı bütün instansiyalara müraciət etsə də, dəqiq cavab ala bilməyib:

“Hətta məhkəməyə müraciət ünvanlamışam. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəsmi cavabında, “Vəziyyəti hazırda yaxşıdır. Əgər gələcəkdə ağırlaşarsa, yenidən təyinat ola bilər” deyilir. Bundan əlavə, Mirqasımov adına Xəstəxanada nevropatoloqun obyektiv müayinəsində epilepsiya ilə bağlı məlumat yoxdur. Məndə iki elektroensefaloqrafiya müayinəsinin cavabı var. Həkim olmasam da, sözbəsöz eyni yazılmış sənədin birinin təsdiq, digərinin inkar ola bilməyəcəyini anlayıram. Atamın komissiyadan keçmədiyi barədə də iddia səsləndirilir. Əgər xəstə deyildisə, hansı sənədlərin əsasında bir illik müayinə təyin olunmuşdu? Qarşı tərəf sağaldığını deyə bilər. O zaman həmin şəxslərdən harda müalicə olunduğunu, sağaldığı qənaətinə necə gəlinməsiylə bağlı sənədlərin protokollarını tələb etmək lazımdır”.

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova saytımıza açıqlamasında bildirib ki, vətəndaş əyani müayinə edilib və yazılan diaqnozun özünün təqdim etdiyi sənədlərlə təsdiq edilmədiyi müəyyən olunub:

“Xızı rayon sakini Qeno Əli oğlu Quliyev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 24.01.2020-ci ildə əyani müayinə olunarkən onda əlillik təyininə əsas verən ağırlaşmalar aşkar edilməyib. Buna görə də əlillik təyin edilməsindən imtina barədə qərar verilib. Qeno Quliyevin qızının müraciəti əsasında həmin şəxsin tibbi-ekspertiza sənədləri də bir daha araşdırılıb. Müəyyən olunub ki, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının məsləhət vərəqəsində nevropatoloqun Qeno Quliyev barədə obyektiv müayinəsində də onda epileptik tutmalar və epilepsiyanı xarakterizə edən əlamətlər olduğu qeyd edilməyib. Həmçinin diaqnostik mərkəzin 29.02.2020-ci il tarixli kompüterli EEQ müayinəsinin nəticəsində “Lokal və diffuz olan patoloji dalğa, epileptik ocaq aşkarlanmaması” qeyd edilib. Göründüyü kimi, qeyd edilənlər də Qeno Quliyevə əlillik təyinatından imtina qərarına əsas yaradır. Gələcəkdə Q.Quliyevin səhhətində ağırlaşmalar əmələ gələrsə və e-sistemə onunla bağlı göndəriş (forma 088) rəsmiləşdirilərsə, qanunvericiliyə uyğun şəkildə onun əlilliyinin yenidən qiymətləndirilməsi aparılacaq”.

Tarix
2022.05.14 / 08:45
Müəllif
Sayalı Abasova
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Tanınmış jurnalist intihara cəhd etdi, ağır vəziyyətdədir

"Azəriqaz"in vəzifəli şəxsləri həbs edilib? - Açıqlama

Qadınları cinsi istismara məruz qoyan şəxslə bağlı qərar

Qazimizin Ərdoğana hədiyyəsi gündəm oldu - Foto

Bakı metrosunda qatarda nasazlıq yarandı

Metroda spesifik qoxu: sərnişinlər təxliyə edildi

Nərminin qətli: İlkin cinayəti niyə boynuna alıb?

Bakı yollarında son vəziyyət

Doktoranturaya sənəd qəbulu ilə bağlı açıqlama

Peyvənd olunanların sayı açıqlandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla