Yuxarı

Bakıda dələduzlar siqareti bu cür bahalaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda artıq bir neçə gündür ki, bəzi siqaret markaları, o cümlədən “Sobranie” siqaretlərinin bir çeşidi -“göy” rəngdə olan marketlərdə satılmır.

Axar.az xəbər verir ki, bütün marketlərdə “ağ” (1 qətran, 0,1 nikotin) və “qara” (6 qətran, 0,5 nikotin) satılsa da, “göy-nazik” (3 qətran, 0,3 nikotikn) yoxa çıxıb. Satıcıların sözlərinə görə, bu marka marketlərə gətirilmir.

Ancaq sözügedən marka Bakıda qəzetdən başqa hər şey satılan qəzet köşklərində, yalnız tütün məmulatları satılan yerlərdə heç bir məhdudiyyət olmadan satışdadır. Qiymət isə hər keçən gün qalxır.

Əgər ilk “yoxaçıxmada” sözügedən marka 4 manat olduğu halda, 4,3-4,5 manata satılırdısa, hazırda 5 manata təklif edilir. Səbəbi kimi isə bu markanın marketlərdə olmadığı göstərilir.

Maraqlıdır, bu siqaret markasının istehsalında problem varsa, niyə yalnız köşklərdə satılır və qiyməti də 25% qaldırılıb?

Qeyd edək ki, sözügedən siqaretlər Bakıda istehsal olunur. “Baku Tobacco” məsələ ilə bağlı heç bir açıqlama yaymayıb.

Tarix
2022.05.14 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video

Təbrizdə SEPAH-ın raket bazası məhv edildi - Video

ABŞ İrana qarşı savaşa qoşula bilərmi? - Ekspert

Prezident Nataliya Kiselovanı qəbul etdi - Foto

İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...

Tehrandan Bakıya uzanan Kamangir oxu: Cəmi 2 gün öncə...

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi

İsrail-İran münaqişəsi: Əliyevin bu çıxışı gündəm oldu - Video

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla