Yuxarı

“İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub.

Builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər.

Final mərhələsinə yüksəlmiş 5 komanda layihələrini peşəkar mentor və ekspertlərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər heyətində Azercell-in Rəqəmsal Platformalar və Tədqiqatlar şöbəsinin rəhbəri Şahin Abdurəhimov və Data Analitikası və Süni İntellekt departamentinin aparıcı mütəxəssisi Süleyman Süleymanzadə yer alıblar. Layihələr problemin dəqiq təsviri, təqdim olunan biznes modelinin dayanıqlılığı, hədəf auditoriyaya uyğunluğu və rəqabət üstünlüyü kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda 3 komanda qalib elan olunub.

Birinci yerə “Bereket” komandası layiq görülüb. Komandanın təqdim etdiyi tətbiq istifadəçilərə gündəlik qida seçimlərini asanlaşdırmaq məqsədilə ağıllı yemək planlaşdırma və alış-veriş dəstəyi təklif edir.

İkinci yerin qalibi “VirtuCards” layihəsi olub. Bu rəqəmsal həll istifadəçilərə smartfonları vasitəsilə virtual kart funksionallığı təqdim edərək ofis və kampuslara təhlükəsiz giriş imkanı yaradır və ənənəvi plastik kartları əvəz edir.

Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır.

Qalib komandalar pul mükafatı ilə təltif olunublar. Eyni zamanda, fərqlənmiş tələbələr, bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edərək Azercell-in təcrübə proqramında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir.

Tarix
2025.06.18 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Zəngəzur təklifinə Paşinyandan mühüm cavab

Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...

Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqladı

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla