Yuxarı

Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür

İranda dövlət çevrilişi yolu ilə rejim dəyişikliyi Qərbdə hazırlanmaqda olan mümkün ssenarilərdən biridir. Lakin mövcud vəziyyətə əsasən, praktikada bunun icrası rahatlıqla mümkün deyil.

Bu sözləri Axar.az-a İran-İsrail münaqişəsini şərh edən rusiyalı politoloq Vitali Arkov deyib.

“Mollaların rejimi çox güclüdür. Və bu rejimin Təl-Əviv və Vaşinqtonda Tehrana qarşı bu hərbi kampaniyaya başlayanda onların düşündüklərindən daha güclü olduğu ortaya çıxdı. Ötən onilliklərdə İranda dinin böyük əhəmiyyət kəsb etdiyi, lakin milli ideyanı əvəz etmədiyi möhkəm güc maşını yaradılıb. İranın İsrailə qarşı həyata keçirdiyi və çox təriflənən Dəmir Qübbə sistemi tərəfindən qarşısı tam alınmayan kütləvi zərbələri ya MOSSAD-ın kəşfiyyat nəticələrinin səhv olduğunu, ya da SEPAH-ın israilli həmkarlarını dezinformasiya ilə aldadıb onlardan üstün olduğunu göstərir. Eyni zamanda, İranın yüksək hərbi komandanlığının nümayəndələrinin və aparıcı nüvə alimlərinin məhv edilməsindəki zərgər dəqiqliyinə görə MOSSAD-ın işinə qiymət verməyə dəyər.

Digər tərəfdən, Xameneinin səhhətinin pisləşməsi fonunda Tehranın daxili mübarizəsində güclü rəqiblərlə mübarizə aparmaq üçün İranın nüfuzlu generallarının dəqiq yeri ilə bağlı məlumatların qəsdən israillilərə “sızdırıldığı” ehtimalı da var. Burada İranın keçmiş prezidenti İbrahim Rəisinin qəribə ölümünü xatırlamaq kifayətdir”, - o bildirib.

Tarix
2025.06.18 / 12:06
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla