Yuxarı

Hər cür ssenariyə hazırlaşmışıq - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər cür ssenariyə hazırlaşmışıq - Ərdoğan

İranın İsrailin hücumları qarşısında özünü müdafiə etməsi son dərəcə təbii, qanuni və hüquqidir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İsrail Livana, Suriyaya, Yəmənə hücum elədi. Hər gün mülki şəxslərə hücum edir, günahsız insanları öldürür. Sanki bunlar az imiş kimi, İsrail indi də İrana hücum edir”, - Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti beynəlxalq təşkilatları İsrailin hücumlarına qarşı səssiz qalmaqda ittiham edib:

“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”.

Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən təcavüzə son qoymaq üçün intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkiyanla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub.

Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.

Tarix
2025.06.18 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla